AZ

Qışda xəstələnməməyin sirri - gözlənilməz üç qida

Diyetoloq Lara Custi soyuqdəymənin qarşısını almaq üçün immun sistemini gücləndirən, lakin çoxlarının ağlına gəlməyən bəzi qidaları açıqlayıb. Onun sözlərinə görə, skumbriya balığı, göbələk və kələm bədənin immun müdafiəsini dəstəkləyən vacib vitaminlərlə zəngindir.

Ölkə.az-ın məlumatına görə, "Daily Mirror" nəşrinə danışan mütəxəssis bildirib ki, skumbriya və digər yağlı balıq növləri immun sisteminin fəaliyyəti üçün vacib olan D vitamini ilə zəngindir. Yay aylarında bu vitamin günəş işığından alınsa da, qışda onun çatışmazlığını qidalar vasitəsilə kompensasiya etmək lazımdır. Custi əlavə edib ki, D vitamini yalnız balıqda deyil, həm də istiridyə göbələyi və şiitake kimi göbələk növlərində olur.

Diyetoloq həmçinin C vitamininin də immunitet üçün mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu vitaminin əsas mənbəyi sitrus meyvələri deyil, məhz kələm və ispanaqdır. Mütəxəssis orqanizmi lazımi qədər C vitamini ilə təmin etmək üçün bu tərəvəzləri gündəlik rasiona daxil etməyi və mövsümi meyvə-tərəvəzləri də unutmamağı tövsiyə edib.

Həmidə İbrahimova

Seçilən
83
2
olke.az

3Mənbələr