AZ

Prostat böyüməsinin səbəbləri: Nədən artır və necə qarşısını almaq olar?

Prostatın böyüməsi, yəni prostat hiperplaziyası, kişilərdə yaşlandıqca çox rastlanan bir vəziyyətdir və əsasən prostatın vəzili toxumasının artması ilə xarakterizə olunur.

E-saglam.az sizə həmin səbəbləri təqdim edir:

Əsas səbəblər:

Yaşla əlaqəli hormon dəyişiklikləri:

Kişilər yaşlandıqca testosteron səviyyəsi azalır, lakin dişi hormonu olan östradiol nisbəti artmağa başlayır.

Bu hormon balansının dəyişməsi prostat hüceyrələrinin çoxalmasına və toxuma böyüməsinə səbəb ola bilər.

Dihidrotestosteron (DHT) artımı:

Testosteron prostatda DHT adlı daha güclü formaya çevrilir.

DHT prostat hüceyrələrinin böyüməsini stimullaşdırır və hiperplaziyaya gətirib çıxara bilər.

Genetik və irsi faktorlar:

Ailədə prostat böyüməsi və ya prostat xəstəlikləri olan kişilərdə risk yüksək ola bilər.

Yaşam tərzi və qidalanma:

Artıq çəki, fiziki aktivliyin az olması və yağlı qidaların çoxluğu prostat böyüməsini təşviq edə bilər.

Xroniki iltihab və infeksiyalar:

Prostatın uzun müddət iltihablı qalması da toxuma böyüməsinə yol aça bilər.

Prostat böyüməsi normal yaşlanma prosesi ilə bağlıdır, amma idrarda problemlər, tez-tez sidiyə çıxma, sidik axınının zəifləməsi kimi simptomlar yaranarsa, uroloq müayinəsi vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
49
1
e-saglam.az

2Mənbələr