AZ

Orda Dəhlizin aktuallığı getdikcə artır - Rhenus Logistics Azerbaijan

Bakı.Trend:

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır.

Trend xəbər verirki, bunu “Rhenus Logistics Azerbaijan LLC”nin idarəedici direktoruKaterina Zuban “Maliyyə kəsişməsində innovasiyalar vətexnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə YüksəkSəviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.

“Orta Dəhliz və ya Transxəzər nəqliyyat dəhlizi ildən-ilə dahamühüm və aktiv marşruta çevrilir, bu isə yeni həllər və resurslartələb edir. Bizim 2014-cü ildə Azərbaycana gəlişimizdən etibarənlogistika sahəsində çoxsaylı dəyişikliklər və inkişaflar müşahidəolunur. Son 10 ildə ölkədə bir çox yeni logistika mərkəzləri vəinfrastruktur həlləri yaradılıb”, – deyə o qeyd edib.

K. Zuban bildirib ki, yeni obyektlər arasında Avropa və Asiyanıbirləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu da var. Bundan başqa,paytaxt ətrafında Abşeron Logistika Mərkəzi və Ələt Azad İqtisadiZonasını əhatə edən logistika mərkəzləri də sürətlə inkişafedir.

Seçilən
72
az.trend.az

1Mənbələr