AZ

"Rhenus Logistics Azerbaijan" Orta Dəhliz üzrə daşımaların artması fonunda logistikanı inkişaf etdirməyə hazırdır

Bakı.Trend:

Orta Dəhliz üzrə daşımaların artması, eləcə də ixrac, idxal vətranzitə olan tələbatın böyüməsi fonunda “Rhenus LogisticsAzerbaijan LLC” şirkəti biznes üçün geniş spektrli logistikahəlləri təqdim etməyə hazırdır.

Trend xəbər verirki, bunu “Rhenus Logistics Azerbaijan LLC”nin idarəedici direktoruKaterina Zuban “Maliyyə kəsişməsində innovasiyalar vətexnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə YüksəkSəviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.

“Logistika baxımından hazırda Azərbaycanda qanunvericilikdə,gömrük qaydalarında dəyişikliklər, proseslərin rəqəmsallaşdırılmasıvə sadələşdirilməsi müşahidə olunur. Bütün bunlar daha səmərəlifəaliyyət üçün imkanlar yaradır. Gələcəkdə Ələt azad iqtisadizonasında yeni yük aeroportunun tikintisinin başa çatdırılmasınıgözləyirik. Bu, həm Xəzər dənizi vasitəsilə, həm də tranzitməhdudiyyətləri olan ölkələri yan keçən alternativ marşrutlar üzrədaha rahat tranziti təmin edəcək”, - deyə o bildirib.

K. Zuban əlavə edib ki, Azərbaycanda kross-dokinqdən tutmuşyüklərin aeroportlarda yük maşınlarına və konteynerlərəyüklənməsinə kimi istənilən logistika əməliyyatını həyata keçirməkmümkündür.

Məqalədə:
Seçilən
81
az.trend.az

1Mənbələr