AZ

Bu ölkədə 6,6 ballıq ZƏLZƏLƏ

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Okeaniya ölkəsi olan Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Təşkilatının verdiyi açıqlamada zəlzələnin episentrinin Morobe vilayətinin paytaxtı Lae şəhərinin 26 kilometr qərb-cənub-qərbində yerləşdiyi bildirilib.

Təxminən 100 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 6,6 bal olub.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib, lakin hələlik insan tələfatı və maddi zərər barədə rəsmi açıqlama verilməyib.

Papua Yeni Qvineya dünyada zəlzələlərin və vulkanik fəaliyyətlərin ən çox baş verdiyi “odlu qövs” kimi tanınan Sakit Okean Zəlzələ Qurşağında yerləşir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
85
1
cebheinfo.az

2Mənbələr