Niderlandın Eindhoven şəhərini təmsil edən PSV klubunun rəhbərliyi ev stadionunun tamaşaçı tutumunu artırmağı planlaşdırır.
90deqiqe.Az “vi.nl”ə istinadən xəbər verir ki, klub yalnız gəliri artırmaq məqsədilə deyil, həm də artan azarkeş tələbatını qarşılamaq üçün bu addımı atmağı düşünür.
Komandanın maliyyə direktoru Yap van Bar məsələ ilə bağlı açıqlamasında bildirib:
"Artıq limitə çatmışıq. Heç bir boş yer qalmayıb. Bu, əlbəttə ki, müsbət haldır, lakin bizi müəyyən çətinliklərlə də üz-üzə qoyur."
UEFA Çempionlar Liqasının yenilənmiş formatı və komandanın 1/8 final mərhələsinə yüksəlməsi PSV-nin oyunlarına marağın artmasında mühüm rol oynayıb.
Qeyd edək ki, ötən mövsüm ölkə çempionu olan klub yalnız bilet satışından 170 milyon avrodan çox gəlir əldə edib. Abunəliklər və kommersiya fəaliyyətindən gələn gəlirlər də artım nümayiş etdirib.
Hazırda 36 500 azarkeş tutumuna malik stadionun genişləndirilməsi ilə bağlı yekun qərarın cari mövsümün sonunadək veriləcəyi gözlənilir.