
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə "TDT+" formatı təsis edilib.
Reyting.az xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunları ilə bağlı mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, TÜRKSOY-un gücləndirilməsi və genişləndirilməsi üçün razılıq da əldə edilib.