Qəbələ. Trend:
Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri QurbanquluBerdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) DövlətBaşçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlətvə hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcəkməscidin onlayn formatda təməlini qoyublar.
Trend xəbərverir ki, Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscidkompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasındahər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzinhündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfəribadət edə biləcək.
Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasıistiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə TDT-yə üzv vəmüşahidəçi ölkələr də öz töhfələrini verir. Belə ki, Türkmənistantərəfindən Füzulidə məscidin tikintisi yanaşı, bu rayonda iləÖzbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstantərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, AğdamdaQırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyəverilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasınıntikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yollarıninşasında iştirakı bunun əyani göstəricisidir.