AZ

Everestdə qar fırtınası: 1 nəfər öldü

Everestdə qar fırtınası: 1 nəfər öldü

Çinin Tibet Muxtar Bölgəsi-ndə yerləşən Everest dağında baş verən qar fırtınası nəticəsində yürüşçülərdən biri ölüb.

Çin mediasının məlumatına görə, Laohugou bölgəsində bir nəfər hipotermiya səbəbindən ölüb, 200-dən çox nəfər isə xilas edilməyi gözləyir.

3 oktyabr gecəsi Everestin şərq yamacında başlayan qar fırtınası bölgəyə giriş-çıxışı əngəlləyib və təxminən min dağ yürüşçüsü kamplarda qalmaq məcburiyyətində qalıb. Qarın təmizlənməsi üçün yüzlərlə yerli sakin və xilasetmə qrupu səfərbər edilib, bölgəyə girişlər müvəqqəti dayandırılıb.

Bu şəxslərdən 350-si yerli sakinlər və peşəkar komandalar tərəfindən xilas edilib.

Seçilən
93
10
afn.az

10Mənbələr