AZ

Afrikalı futbolçu azərbaycanlı xanımla nişanlandı

"Difai" klubunun sabiq futbolçusu Kristian Kamta Azərbaycanda nişanlanıb.

Publika.az xəbər verir ki, son iki mövsümdə Ağsu klubunun formasını geyinən kamerunlu hücumçu Kübra adlı xanımla evlilik yolunda ilk addımını atıb.

İki ay öncə İraqa yollanaraq “Al-Karh”la danışıqlar aparmış afrikalı legioner yenidən ölkəmizə geri dönüb və xeyli müddətdir tanış olduğu sevgilisi ilə nişanlanıb.

Münasibətlərin rəsmiləşdiyi tədbir ev şəraitində keçirilib. Burada ailənin yaxınları iştirak edib. Kristian Kamtanın ailəsini isə "Difai" klubunun rəhbərliyi əvəz edib.

Publika.az

Əcnəbi

Seçilən
31
1
publika.az

10Mənbələr