Okeaniya ölkəsi Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
ABŞ Geoloji Araşdırmalar Agentliyi-nin açıqlamasına görə, zəlzələnin episentri Morobe əyalətinin paytaxtı Lae şəhərindən 26 km qərb-cənub-qərbdə yerləşib.
Təxminən 100 km dərinlikdə baş verən zəlzələ nəticəsində sunami xəbərdarlığı verilib, lakin hələlik insan itkiləri və maddi ziyanın olub-olmaması barədə məlumat açıqlanmayıb.