AZ

Suriya Müdafiə Nazirliyi kürdlərlə atəşkəs barədə razılaşma əldə etdiyini açıqlayıb

Suriya

Suriya kürd koalisiyasının komandanlığı olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə ölkənin şimal və şimal-şərqində bütün cəbhə xətti boyunca tam atəşkəs haqqında razılığa gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriyanın müdafiə naziri Morhef Əbu Qəsrə bildirib.

O bildirib ki, bu barədə razılıq Dəməşqdə SDQ-nin baş komandanı Məzlum Abdi ilə görüş zamanı əldə olunub.

“Biz Suriyanın şimalında və şimal-şərqində bütün istiqamətlərdə və hərbi mövqelərdə hərtərəfli atəşkəsə razılaşdıq”, - deyə nazir bildirib.

Məlumatda qeyd olunur ki, razılaşmanın həyata keçirilməsinə hər iki tərəf dərhal başlamalıdır.

Məryəm Quliyeva

Seçilən
31
2
xalqcebhesi.az

3Mənbələr