AZ

Kreml: Moskva “Tomahawk” raketlərinin Ukraynaya ötürülməsində nüvə riski görür - YENİLƏNİB

Moskva “Tomahawk” raketlərinin Ukraynaya ötürülməsində nüvə riski görür.

APA-nın Moskva bürosu xəbər verir ki bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, “Tomahawk” qanadlı raketlərinin Kiyevə mümkün təhvil verilməsi eskalasiyaya doğru ciddi addım olacaq, çünki burada söhbət nüvə başlığı daşıya bilən silahlardan gedə bilər.

"Bu, eskalasiyaya doğru bir addım olacaq, lakin Kiyev üçün cəbhədəki vəziyyəti dəyişə bilməyəcək. Amma başa düşmək lazımdır ki, müxtəlif nüanslardan başqa, söhbət nüvə silahı daşıya bilən raketlərdən gedir.Ona görə də bu, həqiqətən də ciddi eskalasiya mərhələsidir" deyə Kremlin sözçüsü yekunlaşdırıb.

***

15:02

Kiyevə “Tomahawk” raketləri verilərsə, Rusiyanın cavabı birmənalı olacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov bildirib.

Senator vurğulayıb ki, bundan zərər çəkən təkcə Ukrayna olmayacaq.

“Düşünürəm ki, cənab Tramp öz məsuliyyətinin miqyasını və bunun gətirə biləcəyi nəticələri dərk edir. Çox güman ki, “Tomahawk”lar Ukraynaya çatmayacaq. Bu, əsl süründürməçilik olacaq. Mübahisə etmək, sübut etmək, bir növ zəmanət tələb etmək lazım olacaq. Zəmanət olmayacaq. Ancaq bu baş versə, əlbəttə ki, bizim cavabımız birmənalı və qəti olacaq. Ümumiyyətlə, hesab edirəm ki, bundan zərər çəkən təkcə Ukrayna olmayacaq”, - Cabarov qeyd edib.

Seçilən
16
39
apa.az

10Mənbələr