AZ

Azərbaycan millisinin sabiq üzvündən erməniyə: Bu eybəcərliyi Qafqazın hansı ölkəsində öyrənibsən?

Azərbaycan millisinin və “Anji”nin sabiq futbolçusu Şamil Laxiyalov Rusiya Premyer Liqasının 11-ci turunda “Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyanın “Axmat”la oyunda yaratdığı insidentlə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, matçın 85-ci dəqiqəsində “Axmat”ın yarımmüdafiəçisi İbrahim Ndon Spertsyana üzünə zərbə endirdiyi üçün qırmızı vərəqə alıb. Seneqallı futbolçusunun sözlərinə görə, “Krasnodar”ın kapitanı ona “Sus, qara köpək” deyib. Sonradan Spertsyan video yayımlayaraq, Qafqazda böyüdüyünü və belə davranışa heç vaxt yol verməyəcəyini bildirib.

Laxiyalov isə eməni futbolçunun bu sözlərinə cavab verib:

“Bu, əlbəttə ki, Rusiya çempionatına yaraşmayan bir hadisədir. İndi isə Spertsyanın həmin sözləri deyib-dəymədiyini şərh etməyəcəm, çünki bunu sübut etmək çox çətindir. Mən yalnız meydandakı hərəkətləri şərh edəcəyəm: nə baş verdi, mən nə gördüm və düşünürəm ki, hər kəs gördü.

Seçilən
79
publika.az

1Mənbələr