İsveçrə millisinin müdafiəçisi Manuel Akanji “Mançester Siti”dən “İnter”ə daimi keçməyə hazırlaşır.
İdmanxeber.az xəbər verir ki, Milan klubu 30 yaşlı futbolçunun transferi üçün 15 milyon avro ödəyəcək. Tərəflər 2029-cu ilə qədər müqavilə barədə razılığa gəliblər. Akanji “İnter”də mövsümə 4,5 milyon avro qazanacaq.
Qeyd edək ki, o, sentyabrda icarə əsasında “İnter”ə qoşulub və 6 oyunda forma geyinib.