AZ

Binəli Yıldırım: Türk Dövlətləri üçün ən mühüm məsələlərdən biri daxili həmrəyliyi gücləndirməkdir

BAKI, 7 oktyabr. TELEQRAF

Türk dünyasının qədim şəhərlərindən olan Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları 12-ci Zirvəsi çərçivəsində Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İclasında iştirak etdik.

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasını sədri Binəli Yıldırım "X" platformasında yazıb.

O, sədrliyi üzərinə götürən Azərbaycanı təbrik edib və uğurlar arzulayıb:

"Sədrliyi dövründə göstərdiyi uğurlu liderliyə görə Qırğızıstan Prezidenti cənab Sadır Japarova təşəkkürlərimi bildirirəm.
Həmçinin bu dövrdə həyata keçirdiyi işlər və göstərdiyi səylərə görə Qırğızıstanın Xarici İşlər Naziri cənab Jeenbek Kulubayeva da təşəkkür edirəm.

Dünya artıq təkqütblü dövrdən çıxıb, çoxqütblü və rəqabətli bir mərhələyə qədəm qoyub. Beynəlxalq qurumların funksiyasız qaldığı, risklərin artdığı belə bir şəraitdə Türk Dövlətləri üçün ən mühüm məsələlərdən biri də öz daxili həmrəyliyini gücləndirməkdir. Bizim əsas strateji gücümüz qardaşlığımızdan və aramızdakı güvən mühitindən qaynaqlanır.

Ağsaqqallar Şurası olaraq bu həqiqəti hər fürsətdə vurğulayırıq. Həmrəyliyimiz müqəddəs bir əmanətdir.

Ağsaqqallar Şurası olaraq 17-ci iclasımızı qısa müddət əvvəl Şimali Kipr Türk Cümhuriyyətində keçirdik. Bütün təzyiq və təcridlərə baxmayaraq, Türk Dünyasının birlik və bərabər olduğunu dünyaya nümayiş etdirməyimiz tarixi bir mesajdır. Bu gün Türk Dünyasının ayrılmaz bir parçası olan ŞKTC-nin Zirvədə yer alması bizi çox məmnun edib. Biz keçmişin hikmətini gələcəyin baxışı ilə birləşdirməyə davam edəcəyik. Türk Dünyasının ortaq iradəsi 21-ci əsrin yüksələn gücü olacaqdır".

Seçilən
31
teleqraf.com

1Mənbələr