Çexiya U-21 - Azərbaycan U-21 oyununun təyinatları məlum olub.
Offsideplus.az xəbər verir ki, görüşün baş hakimi şimali makedoniyalı FIFA referisi Yovan Kaçevski olacaq.
Ona Daniel Vasilevski ilə Aleksandar Georgieski kömək göstərəcək. Dördüncü hakim funksiyasını Krumislav Georgiev yerinə yetirəcək.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, saat 20:00-da Karvina şəhər stadionunda start götürəcək.