AZ

Çövkən yarışlarında Azərbaycan millisi III MDB Oyunlarının qalibi oldu

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, final qarşılaşmasında Azərbaycan millisi Özbəkistan yığması ilə üz-üzə gəlib. Görüşdən öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Maraqlı və dinamik keçən final oyunu millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Azərbaycan komandası III MDB Oyunlarının çövkən yarışlarının qalibi adına layiq görülüb. Özbəkistan ikinci, Qırğızıstan isə üçüncü yeri tutub.

Qeyd edək ki, sentyabrın 28-dən oktyabrın 7-dək davam edən yarışda 6 ölkənin – Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Küveyt komandaları mübarizə aparıb.

Azərbaycan millisi turnir ərzində göstərdiyi üstün oyunla həm rəqiblərini, həm də tamaşaçıları təsirləndirib.

Seçilən
21
90deqiqe.az

1Mənbələr