AZ

Qəbələdə keçirilən TDT zirvə görüşü Türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə xidmət edəcək – Deputat

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları ŞurasınınQəbələdə keçirilən 12-ci Zirvə görüşü təşkilata üzv ölkələrarasında əməkdaşlığın dərinləşməsinə və əlaqələrin daha damöhkəmlənməsinə mühüm töhfə verəcək.
Bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Türk dövlətləri ilə münasibətləringenişləndirilməsi Azərbaycan xarici siyasətinin əsasistiqamətlərindən biridir. Onun sözlərinə görə, Qəbələdə təşkilolunan Zirvə görüşü bu münasibətlərin inkişafına yeni təkanverəcək:

“Azərbaycan hər zaman Türk dövlətləri arasında həmrəyliyin vəqarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, eyni zamanda türk dünyasınınbeynəlxalq nüfuzunun artması istiqamətində ardıcıl siyasət yürüdüb.Qəbələ görüşü də bu istiqamətdə atılmış mühüm addımlardanbiridir”.

Deputat vurğulayıb ki, son otuz ildə Azərbaycan Türk dünyası iləhəm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli əməkdaşlıqhəyata keçirib və bu əlaqələr dinamik şəkildə inkişaf edir:

“Azərbaycan və digər Türk dövlətləri ortaq tarixə, mədəniköklərə və qardaşlıq münasibətlərinə malikdirlər. Bu dəyərlərbugünkü siyasi, iqtisadi və humanitar əməkdaşlığın möhkəm təməlinitəşkil edir,” – deyə A. Həsənova qeyd edib.

A.Həsənova həmçinin Zirvə görüşünün Qəbələdə keçirilməsininxüsusi rəmzi və strateji əhəmiyyət daşıdığını bildirib:

“Belə mühüm beynəlxalq tədbirin regionda təşkil olunmasıAzərbaycanın bölgələrinin beynəlxalq arenada tanıdılması baxımındanda önəmlidir. Bu, həm də ölkəmizin regionlarının inkişafpotensialının, turizm və mədəni imkanlarının təbliğinə xidmətedir.”

Deputat əlavə edib ki, Azərbaycanla qardaş ölkələr arasındahumanitar sahədə əməkdaşlıq da uğurla genişlənir.
“Artıq azad edilmiş ərazilərimizdə qardaş Özbəkistan vəQazaxıstanın təşəbbüsü ilə bir məktəb və incəsənət mərkəzifəaliyyətə başlayıb. Eyni zamanda, Qırğızıstan Prezidentininiştirakı ilə Ağdamda yeni məktəbin təməli qoyulub. Bu layihələrTürk dünyası birliyinin, qarşılıqlı dəstək və həmrəyliyin barizgöstəricisidir,” – deyə A. Həsənova vurğulayıb.

Deputatın fikrincə, Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatınıninteqrasiya proseslərini daha da gücləndirəcək və üzv ölkələrarasında siyasi, iqtisadi və mədəni əlaqələrin keyfiyyətcə yenimərhələyə keçidinə zəmin yaradacaq.

Seçilən
9
az.trend.az

1Mənbələr