AZ

Dəridən ürəyə qədər - Ağ tutun 10 faydası

Dəridən

Tut həm ləzzətli dadı, həm də faydası ilə tez-tez yeyilməli bir meyvədir.Medicina.az xəbər verir ki, ağ tut həm qidalandırıcı, həm də sağlamlıq gücləndiricisi kimi istifadə edilən təbii meyvə kimi əsrlər boyu tanınır.Ağ tutun faydaları1. Qan şəkərini tənzimləməyə kömək edirAğ tut karbohidratların həzmini ləngidir və qan şəkərini balanslaşdırmağa kömək edir.2. Ürək üçün faydalıdırAğ tutun müntəzəm istifadəsi pis xolesterin və yağ səviyyələrini balanslaşdırmağa kömək edir.Bu ürək-damar sağlamlığına müsbət təsir göstərər.3. Həzm sistemini tənzimləyirLiflə zəngin olan ağ tut bağırsağın nizamlı fəaliyyətinə kömək edir.Qəbizlik kimi problemləri aradan qaldırır və bağırsaq florasını dəstəkləyirlər.4. Hüceyrələri qoruyurAntioksidant xüsusiyyətləri sayəsində ağ tut hüceyrələrin zədələnməsini azaldır və qocalma əlamətlərini gecikdirir.5. İmmunitet sistemini gücləndirirAğ tut tərkibindəki vitamin və mineral tərkibi ilə immunitet sistemini dəstəkləyir.Bədənin soyuqdəymə və mövsümi xəstəliklərə qarşı durmasına kömək edirlər.6. Dəri sağlamlığnı dəstəkləyirFaydalı qida maddələri sayəsində ağ tut dərinin bərpasını təşviq edir və bəzi dəri problemləri ilə mübarizə aparmağa kömək edir.7. Çəkiyə nəzarətKalorisi az və liflə zəngin olan ağ tut toxluq hissini artırır.Bu, həddindən artıq yemək istəyini azaldır və çəki idarə etməyə kömək edir.8. Sümük sağlamlığını dəstəkləyirKalsium və fosfor kimi minerallar sümükləri gücləndirməyə və sümük sıxlığını qorumağa kömək edir.9. Beyin funksiyasını dəstəkləyirAğ tutların tərkibində yaddaş və konsentrasiyanı dəstəkləyən birləşmələr var.Beyin performansını qorumağa və yaxşılaşdırmağa kömək edir.10. Yaraların sağalmasını sürətləndirirKiçik dəri zədələrini bərpa etməyə kömək edir və sağalma prosesini sürətləndirir.R.DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Gəncədə faciəvi yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Cərrahi Onkologiyanın Məqsədləri Nələrdir?

Ulusumun Mətbəxində: Pendirli Kokoslu Şirinlik

Seçilən
44
8
ulusum.az

10Mənbələr