AZ

Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində Almaniya ilə birgə layihələrin həyata keçirilməsi üçün böyük perspektivlər görür - Nazir müavini

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində Almaniya iləbirgə layihələrin həyata keçirilməsi üçün böyük perspektivlərinolduğunu görür.

Trend xəbər verirki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli“Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusundaİxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-AzərbaycanKonfransında deyib.

“Energetika bizim tərəfdaşlığımızın təməl daşlarından biriolaraq qalır. Azərbaycan Almaniyaya xam neft və neft-kimyaməhsullarının etibarlı tədarükçüsüdür.

Qlobal enerji sisteminin transformasiyası fonunda biz bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi sahəsindəəməkdaşlığımızı genişləndiririk. Almaniyanın külək və günəşenerjisi sahəsindəki liderliyi, mühəndislik potensialı və inkişafetmiş maliyyələşmə alətləri həm quruda, həm də dənizdə həyatakeçiriləcək külək və günəş layihələrinin inkişafı baxımındanxüsusilə əhəmiyyət daşıyır. Xəzər regionu külək enerjisi sahəsindəyüksək potensiala malikdir və biz birgə layihələrin həyatakeçirilməsi, istehsal zəncirlərinin qurulması və xidmət sahələrinininkişafı üçün böyük imkanlar görürük”,- deyə o bildirib.

Seçilən
17
1
az.trend.az

2Mənbələr