Qazaxıstan Xarici İşlər Nazirliyində (XİN) Ermənistanla ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Qazaxıstan XİN-in rəsmi açıqlamasında deyilir ki. görüşə ölkənin xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev və onun erməni həmkarı Mnatsakan Safaryan sədrlik edib. Görüş iştirakçıları ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini, o cümlədən regional inteqrasiya strukturları çərçivəsində qarşılıqlı əlaqələri müzakirə ediblər. Danışıqların yekunu üzrə tərəflər XİN-lərarası dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.
Mətləb