AZ

Azərbaycan və Ermənistan arasında sülh prosesi bütün regionun iqtisadi inkişafına ümid yaradır - Almaniya səfiri

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi təkcədayanıqlı sülhə deyil, eyni zamanda bütün regionun sabitliyi vəiqtisadi inkişafına ümid yaradır.

Trend xəbər verirki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyəkəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracınMaliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-AzərbaycanKonfransında deyib.

Səfir qeyd edib ki, Azərbaycan və Almaniya arasında əməkdaşlıqdaha da fəallaşır.

“Son aylarda əhəmiyyətli irəliləyiş və müsbət istiqamətdəhərəkət müşahidə edirik. Təxminən bir il yarım əvvəl AlmaniyanınŞərq İqtisadi Komitəsinin rəhbəri Mixael Harmsın başçılıq etdiyiböyük bir biznes nümayəndə heyəti Azərbaycanda olmuşdu. Heyətintərkibinə təxminən 50 şirkət daxil idi. O zaman onlar yalnız biznesməqsədi ilə deyil, həm də bazarı öyrənmək, onun potensialınıanlamaq üçün gəlmişdilər. İndi isə gördüyüm kimi, tədbiriniştirakçılarının əksəriyyəti buraya artıq konkret layihə vəniyyətlərlə gəliblər – bu isə çox müsbət haldır”, – deyə Horlemannbildirib.

Məqalədə:
Seçilən
66
2
az.trend.az

3Mənbələr