AZ

BCM Sudanlı üsyançı lideri hərbi cinayətlərdə günahkar hesab edib

20 il əvvəl Darfurda törədilən cinayətlərə görə Ali Məhəmməd Ali Əbdül-Rahman məsul tutulub...

Poliqon xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi Sudanlı üsyançı lider Ali Məhəmməd Ali Əbdül-Rəhmanı Darfurda 20 il əvvəl törədilən hərbi cinayətlərdə günahkar hesab edib. Rəhman “Candcavid” silahlı birləşməsinin komandiri kimi cinayət əməliyyatlarına rəhbərlik edərək qəsdlər, soyğunçuluq və kütləvi zorakılıq əməllərinə göstəriş vermişdi.

BCM-nin qərarına görə, Əbdül-Rəhman mülki əhaliyə qarşı törədilən insanlıq əleyhinə cinayətlərdə və hərbi cinayətlərdə şəxsən məsuliyyət daşıyır. Onun həbs olunması tələbi 2007-ci ildən etibarən irəli sürülmüş, lakin illər ərzində bir sıra siyasi və təhlükəsizlik səbəblərinə görə gecikmişdi.

Hüquqşünaslar bildirirlər ki, bu qərar Darfur münaqişəsi dövründə törədilən kütləvi zorakılıqların beynəlxalq səviyyədə cəzasız qalmadığını göstərən əhəmiyyətli presedentdir. Qərarın həmçinin Sudanın münaqişədən zərər görmüş əhalisi üçün ədalət hissini təmin edə biləcəyi vurğulanır.

BCM-nin yaydığı bəyanatda qeyd olunur ki, cinayətlər insanlıq əleyhinə və beynəlxalq hüquqa ziddir və Ali Əbdül-Rahman kimi şəxslərin məsuliyyətə cəlb olunması gələcəkdə analoji halların qarşısını almaq üçün mühüm mesajdır.

Poliqon.info

Seçilən
78
poliqon.info

1Mənbələr