AZ

Köçəryanın üstündən xətt çəkdi – Putinin yeni namizədi açıqlandı

BAKI, 7 oktyabr. TELEQRAF

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Kremlə pul istəməyə gedib”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib.

“Köçəryan üçün hakimiyyət pul qazanmaq üsuludur. Yəqin ruslardan pul istəməyə gedib ki, öz pulunu xərcləməsin”, - ekspert bildirib.

David Stepanyan hesab edir ki, hazırda İrəvanda həbsdə olan erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan Köçəryana rəqibdir. Politoloq Karapetyanın həm də Moskvanın namizədi olduğunu istisna etməyib.

Samvel Karapetyan Ermənistanda hakimiyyəti ələ keçirməyə açıq çağırış ittihamı ilə həbs edilib.

Xatırladaq ki, ötən həftdə Ermənistan KİV Robert Köçəryanın Moskvaya səfəri barədə məlumat yayıb. Qeyd edilib ki, o, Kremldə Rusiya Prezidenti Vladimir Putinin Ermənistan üzrə kuratoru Sergey Kiriyenko ilə görüşüb. Görüşdə Ermənistanda keçiriləcək parlament seçkiləri və bu fonda mümkün iqtidar dəyişikliyinin müzakirə olunduğu iddia edilib. Həmçinin məlumata görə, Kreml rəsmisi heç bir konkret öhdəlik götürməyib, üstəlik, Ermənistandan əl çəkdiklərini açıq şəkildə ifadə edib.

Seçilən
83
teleqraf.com

1Mənbələr