Fransa milli komandasının heyətində dəyişiklik olub.
Offsideplus.az xəbər verir ki, PSJ-nin futbolçusu Bredli Barkolya heyətdən çıxarılıb, onun əvəzinə isə "Udineze"də çıxış edən Florian Toven daxil edilib.
Qeyd edək ki, Fransa yığması oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya ilə üz-üzə gələcək.