ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Nottingem Forest"in braziliyalı futbolçusu Murillo İngiltərə nəhənginə keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Daily Express" yayıb.
Məlumata görə, "Çelsi" gələn ilin yanvarında "Kristal Pelas"dan Mark Qehini transfer edə bilməyəcəyi təqdirdə, Murillonun klubuna təklif göndərəcək. Mənbə "Kristal Pelas"ın kapitanının "Real Madrid" və "Liverpul" kimi klublardan birini seçmək ehtimalının daha yüksək olduğunu vurğulayaraq "zadəganlar"ın böyük ehtimalla, məhz "meşəbəyilər"in 23 yaşlı oyunçusu ilə güclənməyə çalışacaqlarını bildirib.
Qeyd edək ki, Murillo "Nottingem Forest"ə 2023-cü ildə "Korintians"dan transfer olunub.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.