AZ

ABŞ-də tibbi helikopter qəzaya uğradı - Yaralananlar var

ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

Publika.az "CBS" telekanalına istinadən xəbər verir ki, "REACH" şirkətinə məxsus helikopter magistrallardan birinə çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər yaralanıb. Onların vəziyyəti ağırdır.

Qəzanın səbəbi məlum deyil, araşdırma aparılır.

Seçilən
67
publika.az

1Mənbələr