Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşəbbüsü ilə yayımlanan “Ekspert rəyi” verilişinin bu dəfəki buraxılışında eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial inteqrasiyası və surdotərcümə xidmətlərinin mövcud vəziyyəti mövzusu müzakirə olunacaq.
QHT.az xəbər verir ki, verilişin aparıcısı Şahin Əliyevin bu dəfəki qonaqları “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingiz və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Nicat Abbasbəyli olacaq. Müzakirələrdə surdotərcümə xidmətlərinin hazırkı durumu, mövcud problemlər və bu sahədə görülən işlər barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışılacaq.
Veriliş 7 oktyabr saat 11:30-da DOST TV-də yayımlanacaq. Tamaşaçılar buraxılışda bu sahə ilə bağlı onları maraqlandıran suallara da cavab tapa biləcəklər.
Pərvanə Fərhadqızı