AZ

Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dolları keçdi Yenilənib

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Comex” birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 980 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Belə ki, Bakı vaxtı ilə saat 18:36-a olan məlumata görə, metalın qiyməti bir unsiya üçün 3980,2 dollara (+1,74%) qədər artıb.

***

Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb. “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər enərək 3987,4 dollar səviyyəsində qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
34
qafqazinfo.az

10Mənbələr