AZ

Hələbin şimalında silahlı qarşıdurma nəticəsində Suriya ordusunun 3 hərbçisi həlak olub

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kürd yaraqlılardan ibarət Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının bölmələrinin Hələbin şimalındakı Əşrəfiyə və Şeyx Məqsud bölgələri ətrafında hökumət qüvvələri tərəfindən yaradılmış nəzarət-buraxılış məntəqələrinə atəş açması nəticəsində 3 əsgər və bir mülki şəxs həlak olub.

APA xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl kürdlər Əşrəfiyə və Şeyx Məqsudda kütləvi etiraz aksiyaları keçirərək, hakimiyyətdən 500 min insanın yaşadığı kürd bölgələrində mühasirəni dərhal ləğv etməyi tələb ediblər.

Onlar SDQ-ni Hələbin kürd əhalisini qorumağa çağırıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
2
apa.az

3Mənbələr