AZ

KİV: Real Madrid Valverdeni bir milyard avroya satmağa hazırdır

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Real Madrid" klubu Federiko Valverdeni satmağa hazırdır.

Oxu.Az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri yazıb.

Məlumata görə, Madrid təmsilçisinin prezidenti Florentino Peres potensial alıcıları xəbərdar edib ki, Valverdeni transfer etmək istəyirlərsə, uruqvaylının müqaviləsindəki bir milyard avroluq satınalma maddəsini aktivləşdirməlidirlər.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə doqquz matça çıxıb və üç məhsuldar ötürmə verib.

Valverdenin "Real Madrid"lə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
oxu.az

1Mənbələr