AZ

Baş katib: Qəbələ sammitində TDT+ formatının yaradılması planlaşdırılır

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində üçüncü ölkələrlə əməkdaşlıq etməyə imkan verəcək "TDT+" formatı olacaq".

Oxu.Az bildirir ki, bu barədə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "TDT+" formatı barədə qərarın Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə qəbul edilməsi planlaşdırılır.

Ömüralıyev vurğulayıb ki, söhbət qapalı və ya hərbi bloklardan getmir.

Baş katib əlavə edib ki, Qəbələ sammitində əsas diqqət iqtisadiyyata yönəldiləcək: "İqtisadi gündəlikdə nəqliyyat, logistika, infrastruktur əlaqələri var. Bu, bütün üzv ölkələrimiz üçün strateji istiqamətlərdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
oxu.az

2Mənbələr