AZ

Rusiya və Hindistan birgə hərbi təlimə başlayıb

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və Hindistanın Mahacan poliqonunda "İndra-2025" adlı birgə hərbi təlimə başlayıb.

525.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 15-dək davam edəcək təlim iki ölkə arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Təlim çərçivəsində Rusiya və Hindistan əsgərləri birgə taktiki hərəkətlər üzərində işləyəcəklər.

Qeyd edək ki, Rusiya və Hindistan arasında “İndra” hərbi təlimi 2003-cü ildən keçirilir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
525.az

1Mənbələr