AZ

Slovakiya Robert Fitso hökuməti zamanında ilk dəfə Ukraynaya hərbi yardım göstərəcək

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Baş nazir Robert Fitsonun hakimiyyətə gəlişindən sonra Slovakiya hökuməti ilk dəfə Ukraynaya hərbi dəstək paketi elan edib.

Oxu.Az "European Pravda"ya istinadən xəbər verir ki, bu barədə Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumunda Slovakiya baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak məlumat verib.

O qeyd edib ki, Kiyevdəki danışıqlar zamanı müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mümkün layihələr müzakirə olunub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin başlanğıcında Slovakiya hökuməti Avropada Kiyevə yardım sahəsində birincilərdən olub. Lakin Robert Fitso hakimiyyətə gəldikdən sonra Ukraynaya birbaşa hərbi yardım dayandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
oxu.az

1Mənbələr