İtaliyalı qapıçı Canluici Buffonun oğlu Lui Tomas Buffon Seriya A-da ilk oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, 17 yaşlı gənc qapıçı “Piza”nın heyətində səfərdə “Bolonya” ilə matçda 77-ci dəqiqədə meydana daxil olub.
O vaxta qədər hesab 4:0 “Bolonya”nın xeyrinə idi. Lui Tomas qapısını toxunulmaz saxlayıb və oyunda əlavə qol vurulmayıb.
Qeyd edək ki, onun atası Cianluici Bufon ilk dəfə “Parma” ilə İtaliya çempionatında 30 il əvvəl, 1995-ci ildə çıxış etmişdi. Hazırda “Piza” 2025/2026 mövsümündə 6 turdan sonra turnir cədvəlində sonuncu, 20-ci yerdədir və hələ qələbə qazana bilməyib.