Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Operativ Media xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində baş verib.
Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü İntiqam Vaqif oğlu Zahidov həyətində olan su hovuzuna düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.