AZ

''Azəriqaz'' su xəttini zədələdi, sahibkara ziyan dəydiVİDEO

Yeraltı kommunikasiya xətlərinin yenilənməsi zamanı su borusu zədələnib. Buna görə də avtoservisimiz iki gün susuz qalıb.

Xezerxeber.az xəbər verir ki, bunu paytaxdakı avtoservislərdən birinin rəhbəri Səbuhi Allahverdiyev iddia edir.

Onun sözlərinə görə, Nərimanov rayonu Ələsgər Qayıbov küçəsi 21 ünvanında yeni yol tikintisi ilə əlaqədar bəzi qurumlar da yeraltı kommunikasiya xətlərini yeniləyirlər. Belə işlər görülərkən onların obyektinə gələn su xətti zədələnib.

Zərərçəkmiş servis rəhbəri deyir ki, ''Azəriqaz'' İstesahalt Birliyinə də dəfələrlə məlumat veriblər. Amma buna baxmayaraq onlar yeraltı kommunikasiya xətlərinə vurduqları zərəri qarşılamırlar. Hər halda Səbuhi Allahverdiyev belə iddia edir.

Məsələ ilə bağlı ''Azəriqaz'' İstesahalt Birliyinin həmin ərazidə işi icra edən əməkdaşı ilə əlaqə saxladıq.

O bildirdi ki, elektrik yox, su xəttinə zərər vurublar. Həmin xəttin də təmir edilməsini özləri həyata keçirəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
27
xezerxeber.az

1Mənbələr