AZ

Mərkəz ağır qan xəstəsinə qiyməti 1200 manat olan dərmanı vermir - İDDİAVİDEO

Leykozdan əziyyət çəkən şəxs qeydiyyatda olduğu mərkəzdən dərman ala bilmədiyini iddai edir.

Xezerxeber.az-ın xəbərinə görə, deyir ki, apteklərdə 1200 manata satılan "Jakavi"nin yolunu xəstələr bəzən aylar, bəzən isə illərlə gözləməli olurlar.

Şəkərli diabetdir, gözdən əlildir."Mielofibroz" xəstəliyindən əziyyət çəkir. Bu ilin fevral ayında isə 62 yaşlı Müsbariz Şahbazova sümük iliyinin normal strukturnun pozulması,yəni anemiya leykopeniya diaqnozu qoyulub.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Mübariz Şahbazov iddia edir ki, Milli Hemotologiya və Transfuziologiya mərkəzində qeydiyyatda olsa da xəsərliyinin müalicəsi üçün vacib olan pereparat ona verilmir.

Mübariz Şahbazov iddia edir ki, səhhitində ağırlaşmalar tez-tez baş verdiyindən həmin dərmanın qəbul edilməsi qaçılmazdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
xezerxeber.az

1Mənbələr