"Qalatasaray"da ulduz hücumçu Mauro İkardi ilə bağlı gərginlik yaşandığı bildirilir.
Fanat.Az xəbər verir ki, son günlərdə komandada əsas heyətdə yer almayan İkardi, həm “Liverpul”, həm də “Beşiktaş”la matçlarda ehtiyat skamyasında qalıb. Bu vəziyyət argentinalı hücumçunun narazılığına səbəb olub.
“Beşiktaş” derbisindən sonra İkardinin stadiondan çemodanları ilə ayrıldığı görüntülər sosial şəbəkələrdə yayılıb. Ulduz futbolçu daha sonra "Instagram" hesabında üzünü çevirdiyi bir foto paylaşaraq azarkeşlər arasında müxtəlif fərziyyələrə yol açıb.
İddialara görə, İkardi hazırda Madriddə tətildədir. "Qalatasaray" azarkeşlərinin bir hissəsi isə hücumçunun bu davranışına sərt reaksiya göstərib və onu “komandadan uzaqlaşmaq istəməkdə” ittiham edib.
Kamil Xudiyev