AZ

UEFA icazə verdi: İtaliya və İspaniya çempionatının oyunları Avropadan kənarda keçiriləcək

ain.az, Oxu.az saytına istinadən bildirir.

UEFA İspaniya və İtaliya liqalarının oyunlarının öz ölkələrindən kənarda keçirilməsini təsdiqləmək qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, İspaniya Kral Futbol Federasiyası "Barselona" - "Vilyarreal" matçının Mayamidə keçirilməsi ilə bağlı UEFA-ya müraciət təqdim edib. İtaliya Futbol Federasiyası isə "Milan" - "Komo" matçının Avstraliyada keçirilməsi fikrini təsdiqləyib.

"Barselona" - "Vilyarreal" matçı dekabrın 21-nə, "Milan" - "Komo" qarşılaşması isə fevralın 6-na təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr