AZ

ATMU rektoru professor Məhərrəm Zülfüqarlını təbrik etdi - FOTO


Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunmuş tədbirdə müəllimlər günü qeyd olunmaqla yanaşı, “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.

Kitab haqqında ATMU-nun rektoru t.ü.f.d., dos. İlham Mədətov ətraflı məlumat verib. T.e.d., professor Məhərrəm Zülfüqarlı, t.ü.f.d., dos. Bahadur Bilalov və başqa iştirakçılar kitabın əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda Universitetin rektoru İlham Mədətov professor Məhərrəm Zülfüqarlını 70 illik yubleyi münasibəti ilətəbrik edərək, onu fəxri fərman və mükafatla təltif edib.

Seçilən
39
baki-xeber.com

1Mənbələr