“Yuventus”, “Parma” və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon öz ölkəsinin milli komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq şanslarından danışıb.
90deqiqe.Az xəbər verir ki, "Goal.com" keçmiş futbolçunun dediklərini belə çatdırıb.
“Düşünürəm ki, biz 90 faiz ehtimalla pley-off mərhələsinə yüksələcəyik. Qalan oyunlarda son vaxtlar göstərdiyimiz müsbət məqamları nümayiş etdirməliyik. İnsanların və medianın bizə inamı vacibdir — biz futbola olan bağlılığımızı göstərməliyik”
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində İtaliya yığması keçirdiyi dörd oyundan sonra 9 xal toplayaraq qrupda ikinci pillədə qərarlaşıb. Beş oyunda 15 xal toplayan Norveç millisi isə qrup lideridir.