AZ

Everest dağında minə yaxın turist fırtınaya düşüb

BAKI, 6 oktyabr. TELEQRAF

Everest dağının şərq yamaclarında şiddətli qar fırtınası səbəbindən təxminən 1000 turist düşərgələrdə köməksiz vəziyyətdə qalıb.

Teleqraf xarici mediaya istinadla xəbər verir ki, qasırğa nəticəsindəbir nəfər öldüyü bildirilir.

Çin mediasının məlumatına görə, Everest dağında minlərlə metrdən çox hündürlükdə yerləşən düşərgələrə girişi əngəlləyən qar yığınlarını təmizləmək üçün tədbirlər görülür.

Yüzlərlə yerli kənd sakinləri və xilasetmə qrupları dağın Tibet Muxtar Bölgəsi tərəfinə səfərbər edilib.

“Peoples Daily” qəzeti bildirir ki, indiyədək 350 alpinist təxliyə edilib, xilasedicilər tərəfindən təmasda olan daha 200 nəfər təhlükəsiz əraziyə çatdırılıb.

Dünyanın ən yüksək zirvəsi olan Everest 8848 metr hündürlüyündə Çinin Tibet Muxtar Bölgəsi ilə Nepal arasında yerləşir. Dağın şərq tərəfi Çinləhəmsərhəddir.

Seçilən
94
10
teleqraf.com

10Mənbələr