AZ

Özbəkistan millisinin yeni baş məşqçisi Kannavaro oldu

İtaliya futbolunun canlı əfsanəsi Fabio Kannavaro Özbəkistan milli komandasının baş məşqçisi vəzifəsinə gətirilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Futbol Assosiasiyasının rəsmi saytı yayıb.

Mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmasa da, yerli mətbuat Kannavaronun illik 4 milyon avro məvacib alacağını iddia edib.

Özbəkistan yığması tarixində ilk dəfə vəsiqə qazandığı dünya çempionatında məhz Fabio Kannavaronun rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, 2006-cı il dünya çempionu olan Kannavaronun son iş yeri Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu olub. O, daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çin yığması və bu ölkənin bir neçə klubunda, həmçinin İtaliyada “Benevento” və “Udineze” komandalarında baş məşqçi kimi çalışıb.

Seçilən
62
90deqiqe.az

1Mənbələr