Niderland yığmasının futbolçusu Memfis Depay Braziliyadan Niderlanda qayıdarkən təyyarəsini qaçırıb.

Offsideplus.az xəbər verir ki, səbəb onun pasportunun oğurlanması olub.

Depay hazırda sənəd məsələsini həll edərək mümkün qədər tez Niderlanda qayıtmağa çalışır.

Niderland millisinin qarşıda Malta ilə dünya çempionatının seçmə mərhələsində oyunu var.