AZ

Metronun 28 May stansiyasındakı dəyişiklik barədə AÇIQLAMA

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Metronun "28 May" stansiyasında sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar sökülüb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bu addım sərnişin sıxlığı və hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə atılıb:

"28 May" stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. "28 May"da sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib-düşmə rahatlığını təmin etmək məqsədilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər".

O, həmçinin vurğulayıb ki, xüsusilə son aylarda "Bakı Metropoliteni"ndə intervallara nəzarət yüksək səviyyədədir:

"Son 6 ay ərzində yalnız bu ay bir dəfə iki qatar arasında interval fərqli olub. Bu da qatarın nasaz vəziyyətdə xətdən çıxarılması ilə bağlı baş verib. Problem ən qısa müddətdə aradan qaldırılıb".

Ətraflı Baku TV-nin süjetində:

Metronun "28 May" stansiyasındakı dəyişiklik barədə AÇIQLAMA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
oxu.az

1Mənbələr