AZ

Azərbaycan, Gürcüstan və Ermənistan Aİ-nin radarında

Rusiyalı deputat Viktor Vodolatski bildirib ki,Azərbaycan, Gürcüstan və Ermənistan Avropa İttifaqı kəşfiyyat xidmətlərinin diqqət mərkəzindədir.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, Vodolatski bu sözləri Gürcüstanın Tbilisi şəhərində bələdiyyə seçkiləri fonunda baş verən iğtişaşları şərh edərkən deyib.

O bildirib ki, Aİ və Avropa kəşfiyyat orqanları postsovet dövlətlərini “mövcud bəşəri dəyərləri və dərin tarixi kökləri silmək vasitəsi” kimi görür və məqsədləri həmin ölkələri parçalamaqdır.

Deputat əlavə edib ki, Azərbaycan vəErmənistan Ukraynada baş verənlər kimi oxşar siyasətə məruz qala bilər və Aİ “hazırda yol ayrıcında” olan digər ölkələrə qarşı da eyni yanaşmanı nümayiş etdirir.


Xəbər 1 dəfə oxunub.
Seçilən
41
xezernews.az

1Mənbələr