AZ

Şimali Koreyanın ardından Kuba da Rusiya tərəfdən Ukrayna müharibəsinə qoşuldu…


Şimali Koreyanın ardından Kubanın da rus qoşunları ilə birlikdə Ukraynaya qarşı müharibəyə qoşulduğu bildirilir.

“Reuters”, ABŞ Dövlət Departamentinin daxili yazışmalarında ABŞ diplomatlarının Kubaya qarşı səfərbər edildiyinin ortaya çıxdığını yazır. Qeyd olunub ki, Kuba hökuməti Rusiyanın Ukraynaya müdaxiləsini fəal dəstəkləyir və Ukraynaya qarşı rus qoşunları ilə yanaşı döyüşmək üçün 5 min əsgər göndərib.

Xəbərdə həmçinin qeyd olunub ki, ABŞ diplomatları BMT-nin Tramp administrasiyasından ABŞ-ın Kubaya tətbiq etdiyi embarqonu ləğv etməsini tələb edən qətnaməsinə qarşı lobbiçilik edəcək. ABŞ diplomatları Kubanın Rusiya tərəfində müharibəyə girdiyini ölkələrə çatdıracaqlar.

Bildirilir ki, Şimali Koreyadan sonra Rusiyanın təcavüzünə ən çox xarici hərbçi göndərən ölkə Kubadır. Ukraynada təxminən 1000-5000 kubalının döyüşdüyü təxmin edilir.

Bu arada, Ukrayna rəsmiləri Rusiyanın Ukraynaya qarşı döyüşmək üçün daha çox kubalı muzdlunu işə götürdüyünü açıqlayıb.

TAHİR

Seçilən
70
baki-xeber.com

1Mənbələr