“Arsenal”ın hücumçusu Qabriel Jezus karyerasını Braziliyada davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu ilə “Flamenqo” maraqlanır.
Londan klubu braziliyalını 30 milyon avroya satmaq istəyir, lakin “Flamenqo” bu məbləği ödəməyə tələsmir.
Zədədən bərpa olunan Jezus isə daha çox oynamaq və Braziliya millisində yer almaq üçün “Arsenal”dan ayrılmaq niyyətindədir.
Onun London təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir.